Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun əməkdaşları ADAU tələbələri ilə görüşüb

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) bir qrup əməkdaşı Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tələbələri ilə görüşüb.

Universitetin “Baytarlıq” və “Qida mühəndisliyi” ixtisaslarının tələbələri ilə görüşən AQTİ-nin İdarə Heyəti sədrinin müşaviri Hüseyn Məmmədov və İnstitutun Analitik Ekspertiza Mərkəzinin müdiri Tünzalə Qocayeva tələbələrə AQTİ-nin fəaliyyəti barədə geniş məlumat veriblər.

Qeyd edilib ki, İnstitutun müasir infrastruktura malik laboratoriyalarında qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı, eləcə də kompleks tədqiqatlar üzrə elmi-praktik araşdırmalar, tədqiqatlar aparılır, laborator analizlər və sınaq işləri həyata keçirilir.

Görüş zamanı AQTİ-də işə qəbul prosedurları, təcrübə və könüllülük proqramları haqqında da ətraflı məlumatlar verilib.

Sonda tələbələrin sualları cavablandırılıb.


Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun əməkdaşları ADAU tələbələri ilə görüşübAzərbaycan Qida Təhlükəsizliyi İnstitutunun əməkdaşları ADAU tələbələri ilə görüşübAzərbaycan Qida Təhlükəsizliyi İnstitutunun əməkdaşları ADAU tələbələri ilə görüşübAzərbaycan Qida Təhlükəsizliyi İnstitutunun əməkdaşları ADAU tələbələri ilə görüşübAzərbaycan Qida Təhlükəsizliyi İnstitutunun əməkdaşları ADAU tələbələri ilə görüşübAzərbaycan Qida Təhlükəsizliyi İnstitutunun əməkdaşları ADAU tələbələri ilə görüşüb