Dizayn kafedrası

Kafedra 2009-cu ildə yaradılmışdır. Həmin ildə kafedra “Memarlıq və texniki qrafika” kafedrası adlanırdı. Kafedranın ilk müdiri prof. F.A.Məmmədov olmuşdur. 15 sentyabr 2011-ci ildə kafedrada keçirilən “Tərsimi həndəsə”, “Mühəndislik qrafikası” və “Tətbiqi mexanika” fənləri “Texniki mexanika və qrafika” kafedrasına, “Qida məhsulları mühəndisliyi və ekspertiza” – kafedrasından isə “Dizayn” ixtisası kafedraya verilmişdir. 2011-2012-ci tədris ilindən kafedra “Memarlıq və dizayn” kafedrası adlanmışdır. 2014-2015-ci tədris ilindən “Dizayn” kafedrası adlanır.

2012-ci ildən “Memarlıq və dizayn” kafedrasına professor Bahəddin Xəlilov rəhbərlik edir.O, 2013-cü ildə Şərq ölkələri Beynəlxalq Memarlıq Akademiyasının müxbir üzvü seçilmişdir.

Dizayn kafedrasının tədris auditoriyaları
Kafedra üçün 11 otaq ayrılmış, 5 auditoriya otağı laboratoriya dərslərinin keçirilməsi üçün nəzərdə tutulmuşdur. Otaqlar təsviri incəsənət stolları, malbetlər və planşetlərlə təchiz edilmişdir. Son illərdə 10 ədəd komputer, 10 ədəd stol və 20 ədəd stul, Kanon markalı (printer, skaner, kseriks) və HP markalı AO ölçüsündə printer, 10 ədəd UPS (akumlyator) alınmış və quraşdırılmışdır. Həmin avadanlıqların əsasında “komputer təlim otağı” yaradılmışdır. Hal-hazırda komputer təlim otağında tələbələrə AUTOCAD, ARCHİCAD, fotoşop, 3D qrafika proqramları öyrədilir. Komputerlərdən sənədləşmə, kargüzarlıq işlərində, sənədlərin tərtibində, interaktiv mühazirə mətnlərin yazılmasında geniş istifadə edilir.


Tələbələrin “rəsm” və “rəngkarlıq” fənlərindən yerinə yetirdikləri nümunəvi əl işlərini nümayiş etdirmək üçün stend hazırlanmışdır.

Tədrisin yüksək təşkili təkcə universitet yox, şəhər tədbirlərində də “Dizayn” kafedrasının müəllim və tələbələrinin əl işləri sərgilərdə yüksək səviyyədə nümayiş etdirilmişdir.

Kafedranın nəzdində müəllimlərin və tələbələrin əl işlərini əks etdirən muzey yaradılmışdır.

Tədqiqat sahəsi
Elmi-tədqiqat işinin mövzusu: “Müasir şəraitdə qablaşdırmanın dizayn layihələndirilməsi”.

Bu gün "dizayn" anlayışı gündəlik həyatımızda möhkəm şəkildə yer alır. Həm reklam, həm çap məhsulları, geyim, qida dizaynı (qablaşdırma), həm də memarlıq mühitinin yaradılması dizaynda istifadə olunur. Dizayn obyektləri, bütün sənət əsərləri kimi, zaman, texnoloji tərəqqinin səviyyəsini və cəmiyyətin ictimai-siyasi quruluşunu əks etdirir. Dizayn, bizi əhatə edən obyektiv dünyanın estetik xüsusiyyətlərinin bədii tərtibatı və quruluşudur. Hər şeyin və ya obyektin dizaynına vahid sistematik bir yanaşma etmək lazımdır. Əşyalara və daxili hissələrə müəyyən funksional və estetik xüsusiyyətlər verilir, bunları bu mühitdə yaşayacaq insan "tərtib edir".

Müasir dizayn işlərində qablaşdırma dizaynı daha geniş yayılmaqdadır.Qablaşdırma dizaynı məhsul və məmulatlara münasibətini ifadə edən müxtəlif xüsusiyyətlərə malikdir. İnsanların şəraitinin yaxşılaşdırılması üçün qablaşdırmanın mühüm əhəmiyyəti vardır. Qablaşdırma haqqında məlumat daşıyan əşyalar, avadanlıq əşyaları, elementlərin formalar, ölçüləri, materialları, qrafik relyefləri və ya rəsmləridir. Dizayn obyektlərinin utilitar istiqaməti onun digər vacib xüsusiyyətidir.

Qablaşdırma dizaynında tam psixofizik qiymətləndirmək üçün fiziki rahatlıq və təhlükəsizlik hissləri, mövzu məzmunu, vizual təəsüratlar əlavə olunur, qablaşdırmanın funksional əlaqələndirilməsi prinsipləri həyata keçirilir.

Tədqiqatın obyekti qablaşdırma dizaynıdır.

Dizayn kafedrasıDizayn kafedrasıDizayn kafedrasıDizayn kafedrası
Dizayn kafedrası


KAFEDRA MÜDİRİ


Xəlilov Bahəddin Məhərrəm oğlu
HAQQINDA MƏLUMAT (CV)

KAFEDRANIN HEYƏTİ


Mustafayev Mirzə Rza oğlu
Dekan müavini
HAQQINDA MƏLUMAT (CV)



Mehdizadə Rahim Fikrət oğlu
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Yusifova Hüsniyyə Həmzə qızı
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Hüseynov Mehdi Teyyub oğlu
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Həsənov Asəf Nurəddin oğlu
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Hüseynova Sahilə Ərəstun qızı
Assistent
HAQQINDA MƏLUMAT (CV)