Qida məhsulları mühəndisliyi və ekspertiza kafedrası

Azərbaycan Kənd Təsərrüfatı İnstitutu yaradılanda «Üzümçülük və şərabçılıq» kafedrası kimi təşəkkül tapmışdır.

Kafedranın ilk müdirlərindən biri «Rus şərabçılığının atası» sayılan və Rusiyanın şərabçılıq üzrə ilk professoru M.A.Xovrenko olmuşdur. O, 1933-1936-cı illərdə Üzümçülük və şərabçılıq kafedrasının professoru və müdiri vəzifələrində çalışmışdır.

1941-ci ildə “Üzümçülük”dən ayrılaraq «Şərabçılıq və kənd təsərrüfatı məhsullarının texnologiyası» kafedrası şəklində təşkil olunmuşdur. Həmin kafedranın müdiri dosent (sonralar doktor, professor, Rusiyanın əməkdar elm xadimi) D.M.Hacıyev seçilmişdir.

XX əsrin 30-cu illərində kafedranın dosenti R.Ə.Məmmədov tərəfindən «Süfrə üzümünün uzaq məsafələrə nəql edilməsinin əsasları» mövzusunda elmi tədqiqat işi yerinə yetirilmişdir. Dosent H.A.Atakişiyevin rəhbərliyi altında «İtkiləri azaltmaq və məhsulun keyfiyyətini yüksəltmək məqsədilə Azərbaycanın texniki üzüm sortlarının optimum yığım müddətinin müəyyən edilməsi», dosent (sonralar professor) D.M.Hacıyev tərəfindən «Palıd taxtasının konyakın keyfiyyətinə təsiri» mövzusunda tədqiqat işləri aparılmışdır. Həmin dövrdə aparılan bu tədqiqat işləri geniş tətbiqini tapmışdır.

1953-cü ildə «Üzümçülük» və «Şərabçılıq və kənd təsərrüfatı məhsullarının texnologiyası» kafedraları bir kafedrada birləşdirilmişdir. Sonrakı dövrlərdə kafedra bir neçə dəfə dəyişikliyə məruz qalmış və həmin müddətdə kafedraya N.A.Atakişiyev, Ə.H.İsgəndərov, D.P.Qasımov, Ş.A.Əliyev, C.S.Süleymanov rəhbərlik etmişlər. 1994-2009-cu illərdə kafedranın müdirləri H.K.Fətəliyev və F.H.Şərifov olmuşlar.

2009-cu ilin iyun ayından kafedranın bazasında 2 kafedra yaradılmışdır. Onlardan biri «Qida məhsulları mühəndisliyi və dizayn» kafedrası olmuşdur. 2011-ci ildə “Dizayn” kafedrasından ayrılaraq «Qida məhsulları mühəndisliyi və ekspertiza» şəklində formalaşmışdır. 2009-cu ildən kafedraya texnika elmləri doktoru, professor H.K.Fətəliyev rəhbərlik edir.

Kafedra tədris-material bazaya malikdir. Burada qida məhsullarının texnologiyası və ekspertiza laboratoriyaları; məhsulların emalı, saxlanması və şərab zirzəmisi, şərab enotekası, şərab və konyak nümunələri və dequstasiya zalı və s. mövcuddur. Mikro şərabçılıq şəraiti yaradılan zirzəmidə tədris və elmi-tədqiqat işlərinin praktiki həyata keçirilmə imkanları vardır.


Qida məhsulları mühəndisliyi və ekspertiza kafedrasıQida məhsulları mühəndisliyi və ekspertiza kafedrası

Kafedranın dequstasiya zalında yeni şərab nümunələrinin təqdimatı

Kafedranın yaxşı təchiz olunmuş auditoriyalarında dərslərin müasir tələblərə uyğun aparılması üçün şərait yaradılmışdır. Burada tələbələr ən müasir texnologiyalardan bəhrələnərək təhsil almaq imkanına malikdirlər.


Qida məhsulları mühəndisliyi və ekspertiza kafedrası
I kurs tələbələri “Şərabın texnologiyası” fənnindən mühazirə zamanı


Kafedranın tərkibi: kafedrada 1 professor, 7 dosent, 4 baş müəllim, 4 assistent fəaliyyət göstərir.


Qida məhsulları mühəndisliyi və ekspertiza kafedrası

Kafedra iclası

Kafedrada Qida məhsulları mühəndisliyi; Şərabçılıq; İstehlak mallarının ekspertizası və marketinq ixtisasları üzrə bakalavr və müvafiq ixtisaslaşmalar üzrə magistr hazırlığı aparılır, 3309.01 – Qida məhsulları mühəndisliyi və 3310.01 – Sənaye texnologiyası ixtisasları üzrə texnika sahəsində fəlsəfə və elmlər doktorları hazırlanır.

Kafedra əməkdaşları tərəfindən onlarla müəlliflik şəhadətnaməsi, patent, monoqrafiya, dərslik və dərs vəsaitləri yazılaraq nəşr edilmişdir. Onlardan «Azərbaycan şərablarının texnologiyasının təkmilləşdirilməsi» (Bakı, 2005), «Şərabçılıq» I hissə (Bakı, 1995), «Şərabçılıq» II hissə (Bakı, 1995), «Alkoqollu içkilərin texnologiyası» (Bakı, 2007), «Tünd alkoqollu içkilər» (Bakı, 2007), “Ərzaq mallarının əmtəəşünaslığı” (Gəncə, 2007), “Bitkiçilik məhsullarının saxlanması və emalı texnologiyası” (Bakı, 2010), “Şərabın texnologiyası” (Bakı, 2011), “Ərzaq məhsullarının opqanoleptik qiymətləndirilməsi və dequstasiyası” (Gəncə, 2011), “Standartlaşdırma və sertifikatlaşdırma” (Gəncə, 2011), “Qida məhsulları mühəndisliyinin hesabatları” (Bakı, 2012), “Şərabçılıqdan praktikum” (Bakı, 2013), “Bitkiçilik məhsullarının saxlanması və emalı texnologiyası fənnindən praktikum” (Bakı, 2013), “Funksional qida məhsullarının texnologiyası” (Bakı, 2014), “İçkilərin ekspertizası” (Bakı, 2015), “Şərabın mikrobiologiyası” (Bakı, 2016), “Qırmızı natural şərabların texnologiyasının təkmilləşdirilməsi” (Bakı, 2016), “Konyakın texnologiyası” (Bakı, 2016), “Süfrə şərablarının müasir texnologiyası” (Bakı, 2017), “Funksional qida məhsullarının texnologiyası fənnindən praktikum” (Bakı, 2017), Meyvə və tərəvəzlərin emalı texnologiyası (Bakı, 2017), “Meyvə-giləmeyvə şərablarının texnologiyası” (Bakı, 2018), “Biotexnologiya” (Bakı, 2019) və başqalarını göstərmək olar. Respublika, MDB, Türkiyə, Portuqaliya, Braziliya və bir çox xarici ölkələrin elmi nəşrlərində məqalələri və yenilikləri əks etdirən tövsiyələri nəşr olunmuş və olunmaqdadır.

Kafedra alimlərinin elmi nailiyyətləri istehsalatda geniş tətbiq olunmaqdadır. Elmi tədqiqat işlərinin nəticələrinə dair Türkiyə, Rusiya, Belarus, Ukrayna, Moldova, Gürcüstan, Fransa, Almaniya və digər ölkələrdə keçirilən konfrans və simpoziumlarda məruzələr edilmişdir.

Son vaxtlar kafedrada professor H.K.Fətəliyevin elmi rəhbərliyi və məsləhətçiliyi ilə 10 nəfər texnika üzrə fəlsəfə doktoru və 1 nəfər elmlər doktoru hazırlanmışdır. Hazırda kafedra 5 texnika üzrə fəlsəfə doktorluğu dissertasiyasına elmi rəhbərlik edir. Kafedrada hazırlanan 3 yarımsənaye qurğusu müvəffəqiyyətlə istehsalat sınağından keçmişdir.

Kafedra əməkdaşları Beynəlxalq və Regional səviyyəli layihələrin iştirakçısıdırlar. Prof. H.K.Fətəliyev Dünya Bankının Azərbaycan Dövləti ilə birgə Gəncə Regional Məsləhət Mərkəzinin yaradılması üçün keçirdiyi tenderin qaliblərindən biri kimi orada çalışmış, fermerlərə məsləhət və informasiya xidməti göstərilməsinə rəhbərlik edən şəxslərdəndir. Onun hazırladığı tövsiyə və metodologiya fermer təlimlərində istifadə olunmaqdadır.

Eyni zamanda Almaniya Texniki Əməkdaşlıq Cəmiyyətinin (GTZ) “Azərbaycan şərablarının keyfiyyətinin yaxşılaşdırılması” layihəsində iştirak edilmiş və həmin layihə çərçivəsində 2004-cü ildə prof. H.K.Fətəliyev Almaniyanın Ştutqart şəhərində keçirilən “intervits-interfrukta” sərgisində iştirak etmişdir.

Qida məhsulları mühəndisliyi və ekspertiza kafedrası

Prof. H.K.Fətəliyev Azərbaycan və Almaniya şərab mütəxəssisləri ilə müzakirə zamanı (Ştutqart, 2004)

Son illərdə ölkəmizin Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatına üzv olması və Fransanın regionları ilə əməkdaşlığın gücləndirilməsi istiqamətində aparılan tədbirlər çərçivəsində kafedra əməkdaşları yaxından iştirak etmişlər. Fransadan və Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatından ölkəmizə və Gəncə şəhərinə gələn yüksək nümayəndə heyəti dəfələrlə (2011-2013-cü illər) kafedrada olmuşlar.

Qida məhsulları mühəndisliyi və ekspertiza kafedrasıQida məhsulları mühəndisliyi və ekspertiza kafedrası

Fransanın Yon bölgəsinin Prezidenti Senator Andre Vilyenin rəhbərlik etdiyi nümayəndə heyətinin və ölkəmizin Fransadakı səfirliyinin iştirakı ilə kafedrada keçirilən Beynəlxalq konfrans və dequstasiya (2012-ci il)

Professor H.Fətəliyev 2012-ci ildə Azərbaycandan Fransaya göndərilən nümayəndə heyətinin tərkibində Burqund və Konyak bölgələri ilə aparılan danışıqlarda və keçirilən tədbirlərdə iştirak etmişdir. Kafedranın 2 əməkdaşı (prof. H.K.Fətəliyev və t.f.d. M.T.İsmayılov) 1-ci və 2-ci Beynəlxalq Gəncə Şərab Festivallarının təşkilat komitəsinin üzvlərindən olmaqla ölkəmizin Beynəlxalq Üzümçülük və Şərabçılıq Təşkilatına 45-ci üzv kimi qəbul olunmasında fəal iştirak etmişlər.

Qida məhsulları mühəndisliyi və ekspertiza kafedrası
II Beynəlxalq Gəncə Şərab Festivalında kafedranın nümunələrinin nümayişi (2 noyabr, 2013)

Qida məhsulları mühəndisliyi və ekspertiza kafedrasıQida məhsulları mühəndisliyi və ekspertiza kafedrası
Fransanın Konyak şəhərinin meri kafedrada keçirilən dequstasiyada

Qida məhsulları mühəndisliyi və ekspertiza kafedrasıQida məhsulları mühəndisliyi və ekspertiza kafedrası
MDB ölkələri aqrar universitetlərinin rektorlar şurasının iştirakı ilə kafedrada keçirilən müzakirə və dequstasiya

Qida məhsulları mühəndisliyi və ekspertiza kafedrasıQida məhsulları mühəndisliyi və ekspertiza kafedrası
dosent E.E.Heydərov Almaniyanın Vaynsberq Dövlət Şərabçılıq və Meyvəçilik Elmi Tədqiqat İnstitutunda

Qida məhsulları mühəndisliyi və ekspertiza kafedrasıQida məhsulları mühəndisliyi və ekspertiza kafedrası
Kafedra əməkdaşları Türkiyənin İğdır Universitetində


Kafedra əməkdaşlarının əməyi yüksək qiymətləndirilmiş və onlar dəfələrlə mükafatlandırılmışlar. Onlardan dosent S.X.Həsənova Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Əməkdar müəllim”, prof. H.K.Fətəliyev «Tərəqqi» medalı ilə təltif olunmuşlar.

Qida məhsulları mühəndisliyi və ekspertiza kafedrasıQida məhsulları mühəndisliyi və ekspertiza kafedrasıQida məhsulları mühəndisliyi və ekspertiza kafedrasıQida məhsulları mühəndisliyi və ekspertiza kafedrası
Qida məhsulları mühəndisliyi və ekspertiza kafedrası
Qida məhsulları mühəndisliyi və ekspertiza kafedrası
Qida məhsulları mühəndisliyi və ekspertiza kafedrası
Qida məhsulları mühəndisliyi və ekspertiza kafedrası
Qida məhsulları mühəndisliyi və ekspertiza kafedrası
Qida məhsulları mühəndisliyi və ekspertiza kafedrası
Qida məhsulları mühəndisliyi və ekspertiza kafedrası
Qida məhsulları mühəndisliyi və ekspertiza kafedrası
Qida məhsulları mühəndisliyi və ekspertiza kafedrası
Qida məhsulları mühəndisliyi və ekspertiza kafedrası
Qida məhsulları mühəndisliyi və ekspertiza kafedrası
Qida məhsulları mühəndisliyi və ekspertiza kafedrası

KAFEDRA MÜDİRİ


Fətəliyev Hasil Kəmaləddin oğlu
HAQQINDA MƏLUMAT (CV)


KAFEDRANIN HEYƏTİ


Visali Rahilə Fərhad qızı
Dosent
HAQQINDA MƏLUMAT (CV)



Əliyeva Şəlalə Elxan qızı
Dosent
HAQQINDA MƏLUMAT (CV)



Əsgərova İradə Məmmədtağı qızı
Dosent
HAQQINDA MƏLUMAT (CV)



Əsgərova Aidə Nizami qızı
Dosent
HAQQINDA MƏLUMAT (CV)



Allahverdiyeva Zülfiyyə Cavanşir qızı
Dosent
HAQQINDA MƏLUMAT (CV)



Məmmədova Aynur Rüstəm qızı
Dosent
HAQQINDA MƏLUMAT (CV)



Ələkbərov Ələkbər Malik oğlu
Dosent (e.a.o.), texn.üzrə fəl.dok.
HAQQINDA MƏLUMAT (CV)



Məmmədova Sevda Məcid qızı
Baş müəllim, T.e.ü.f.d.
HAQQINDA MƏLUMAT (CV)



İmamquluyeva Maviyə Mahir qızı
Baş müəlim, T.e.ü.f.d.
HAQQINDA MƏLUMAT (CV)



Həsənova Aybəniz Abbasqulu qızı
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Kamalov Rövşən Səyavuş oğlu
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Cəfərova Könül Tofiq qızı
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Müşteyidzadə Şəfiqə İlqar qızı
Assistent
HAQQINDA MƏLUMAT (CV)



Fətəliyeva Şəbnəm Hasil qızı
Assistent
HAQQINDA MƏLUMAT (CV)



Ağayeva Südabə Qalib qızı
Assistent
HAQQINDA MƏLUMAT (CV)



Əliyeva Gülşən Razim qızı
Assistent
HAQQINDA MƏLUMAT (CV)



Əliyeva Dürdanə İlyas qızı
Assistent
HAQQINDA MƏLUMAT (CV)



Məmmədova Nailə Nadir qızı
Assistent
HAQQINDA MƏLUMAT (CV)