YERQURULUŞU KAFEDRASI

[i]Ümummilli liderimiz Нeydər Əliyevin təşəbbüsü ilə keçmiş İttifaq dövründə Respublikamızdan kənarda (Moskva Yerquruluşu Mühəndisləri İnstitutu, Voronej Kənd Təsərrüfatı İnstitutu və s.) da yerquruluşu sahəsi üzrə ölkəmiz üçün mütəxəssis hazırlanırdı. Amma bu azsaylı kontingent ölkə qarşısında duran böyük bir problemi - təbii sərvətlərdən, о cümlədən torpaq ehtiyatlarından səmərəli istifadə etmək, onların mühafizəsinə dair kompleks tədbirlər sistemi hazırlamaq kimi qlobal problemləri tam həll etmək iqtidarında deyildi.

YERQURULUŞU KAFEDRASIYERQURULUŞU KAFEDRASIYERQURULUŞU KAFEDRASIYERQURULUŞU KAFEDRASI

Akademik M.İ.Cəfərov ölkəmizdə yerquruluşu ixtisası üzrə mütəxəssis hazırlığına başlanması üçün müvafiq qurumlar qarşısında vəsatət qaldırmış, 1976-cı ildən AKTİ-də yerquruluşu ixtisası üzrə tələbə qəbuluna başlanılmışdır.

Yerquruluşu ixtisası üzrə mütəxəssis hazırlığı ilk illərdə Torpaqşünaslıq, kənd təsərrüfatı meliorasiyası və yerquruluşu kafedrasında aparılırdı.

YERQURULUŞU KAFEDRASIYERQURULUŞU KAFEDRASIYERQURULUŞU KAFEDRASIYERQURULUŞU KAFEDRASI

Sonralar "Yerquruluşu və geodeziya" və "Yerquruluşu və torpaq müfəttişliyi" adları ilə kafedra yaradıldı.

Məhz akademik M.İ.Cəfərovun dəstəyi ilə kafedranın əməkdaşları R.M.Quliyev doktorluq dissertasiyasını, Ə.İ.Hüseynov və A.D.Babayeva namizədlik dissertasiyasını müdafiə etdilər.

Kafedranın ilk müdiri dosent Urfan Ağayev olmuş, sonralar kafedraya dosent Ramiz Quliyev, dosent Zahid Süleymanov, 2007-2009-cu illərdə yenidən R.M.Quliyev, 2009-2016-cı illərdə dosent Əfqan Hüseynov, 2016-2019-cu illərdə dosent Aygün Babayeva rəhbərlik etmişlər.

YERQURULUŞU KAFEDRASIYERQURULUŞU KAFEDRASIYERQURULUŞU KAFEDRASIYERQURULUŞU KAFEDRASI

2020-ci ildən kafedraya yerquruluşu adı altında dosent əvəzi Azər Xəlilov rəhbərlik edir.

Kafedra əməkdaşlarının müəllifi və həmmüəllifi olduğu bir sıra elmi əsərlər müvafiq ali təhsil ocaqlarında, liseylərdə dərslik və dərs vəsaitləri kimi istifadə olunur.

YERQURULUŞU KAFEDRASIYERQURULUŞU KAFEDRASIYERQURULUŞU KAFEDRASIYERQURULUŞU KAFEDRASI

Kafedranın elmi-tədqiqat işinin əsas istiqaməti bazar torpaq münasibətləri, yüksəklik qurşağı və suvarma əkinçiliyi şəraitində torpaq ehtiyatlarından səmərəli istifadənin və onların mühafizəsinin təşkilinə dair nəzəriyyənin və elmi-metodiki əsasların işlənməsindən ibarətdir.

Kafedra əməkdaşları ölkəmizdə aparılan aqrar və torpaq islahatlarının hüquqi-normativ bazasının yaradılmasında yaxından iştirak etmiş, Milli Məclisin işçi qruplarının tərkibində fəaliyyət göstərmişlər. Kafedra əməkdaşlarının alim-mütəxəssis kimi гәу və təklifləri Azərbaycanda torpaq qanunvericiliyinin daha sivil, daha mükəmməl olmasına, onların müvəffəqiyyətlə həyata keçirilməsinə xidmət etmişdir.

YERQURULUŞU KAFEDRASIYERQURULUŞU KAFEDRASIYERQURULUŞU KAFEDRASIYERQURULUŞU KAFEDRASI

Dövlət proqramlarında iştirak

Dövlət Proqramı əsasında ölkədə aparılmış torpaq islahatı zamanı, torpaqların mülkiyyət formaları üzrə sərhədlərinin təyini, elektron kadastr xəritələrinin tərtibi, yeni magistral yollarının layihələndirilməsi, su və neft kəmərlərinin layihələndirilməsində və s. işlərdə professor-müəllim heyəti tərəfindən müvafiq tövsiyələr verilmiş və yerlərdə sərhədlərin müəyyənləşdirilməsində, xəritələrin və kadastr planlarının tərtibi mərhələlərində iştirak edilmişdir.

Kafedra beynəlxalq layihələrdə, o cümlədən “Integris” şirkəti ilə birgə, həyata keçirdiyi müştərək şəhər salma layihəsini həyata keçirir.

Kafedrada həmçinin CİS təlimləri aparılır. Respublikamızda fəaliyyət göstərən şirkətlər və dövlət müəssisələrinin - Akkord, Aqro Dairy, Göygöl dövlət aqrar inkişaf mərkəzi, Gəncə Memarlıq və Şəhər salma idarəsinin aparıcı mütəxəssisləri tərəfindən aparılan təlimlər coğrafi informasiya sistemlərinin (CİS) yerquruluşu işləri ilə əlaqəli sahələrdə tətbiqi mövzusuna həsr olunubdur. Təlimlərdə tələbələrə müasir kompüter proqramları - ArxCis, AutoCad, Globale MAP, MAP Info və s. proqramlar öyrədilir.

Hazırda yerquruluşu kafedrasında 4 dosent, 7 baş müəllim, 2 assistent fəaliyyət göstərir.

Kafedrada tədris və təcrübənin təşkili

YERQURULUŞU KAFEDRASIYERQURULUŞU KAFEDRASIYERQURULUŞU KAFEDRASIYERQURULUŞU KAFEDRASI

KAFEDRA MÜDİRİ


Xəlilov Azər Ağazadə oğlu
HAQQINDA MƏLUMAT (CV)

KAFEDRANIN HEYƏTİ


Xəlilov Bahəddin Məhərrəm oğlu
Professor
HAQQINDA MƏLUMAT (CV)



Əliyev Aslan Cəfərqulu oğlu
Dosent
HAQQINDA MƏLUMAT (CV)



Babayeva Aygün Dilən qızı
Dosent
HAQQINDA MƏLUMAT (CV)



Məmmədov Vilayət İsrafil oğlu
Dosent
HAQQINDA MƏLUMAT (CV)



Rüstəmov Sədi Namaz oğlu
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Məmmədova Aygül Mustafa qızı
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Mehdiyev Ərəstun Məmməd oğlu
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Sadıqov Təvəkgül Nəbi oğlu
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Qasımov Namiq Məmməd oğlu
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Əliyeva Dinara Tahir qızı
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Mustafayev Mirzə Rza oğlu
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Yusifova Hüsniyyə Həmzə qızı
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Allahverdiyev Azər Cəbrayıl oğlu
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Qasımov Araz Mustafa oğlu
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)



Yusifova Pərvanə Bəhlul qızı
Assistent
HAQQINDA MƏLUMAT (CV)



Xəlilov Zahid Qurban oğlu
Assistent
HAQQINDA MƏLUMAT (CV)



Sadıqova Nuridə Hətəm qızı
Assistent
HAQQINDA MƏLUMAT (CV)



Şirinova Almaz Kamal qızı
Assistent
HAQQINDA MƏLUMAT (CV)



Hüseynova Sahilə Ərəstun qızı
Assistent
HAQQINDA MƏLUMAT (CV)



Əbilova Kəmalə Fətiağa qızı
Assistent
HAQQINDA MƏLUMAT (CV)



Əliyeva Təranə Sair qızı
Assistent
HAQQINDA MƏLUMAT (CV)