KİMYA KAFEDRASI

Kimya kafedrası 1929-ci ildə təşkil edilmişdir. Kafedranın ilk müdiri dünya şöhrətli alim D.İ.Mendeleyevin tələbəsi prof. İ.R.Kuznetsov olmuşdur. Ondan sonra kafedraya məşhur alim akad. K.A.Krassuski rəhbərlik etmişdir. 1932-ci ildə kafedraya rəhbərlik dünya şöhrətli alim, akad. D.N.Zelinskinin tələbəsi, sonralar Azərbaycan EA-nın prezidenti olmuş Azərbaycan kimya elminin korifeylərindən biri akademik Y.Q.Məmmədəliyevə həvalə edilmişdir, sonralar kafedraya görkəmli alimlər Y.S.Musabəyov, K.M.Rəhimzadə, professorlar H.İ.Səfərov, M.R.Qulubəyov, Ə.A.Mambetov, Q.B.Xəlilov, dos. S.T.Əliyev, professorlar E.M.Mövsümov, R.M.Mustafayev, N.M.Yusifov, dos. K.Ş.Daşdəmirov rəhbərlik etmişlər.

Hazırda kafedraya dos. Ülviyyə Həsənova rəhbərlik edir.

1929-cu ildə qeyri-üzvi kimya və analitik kimya kafedraları təşkil edilmişdir. Analitik kimya kafedrasına dos. M.M.Kirillov, qeyri-üzvi kimya kafedrasına dos. R.N.Şahnazarov rəhbərlik etmişlər, 1935-ci ildə bu kafedralar yenidən birləşdirilmiş və rəhbərlik dos B.A.Kamentsevə həvalə edilmişdir.

Böyük Vətən müharibəsi dövründə kafedraya, 1944-cü ilədək prof. I.V.Kurçatov rəhbərlik etmişdir. 1944-cü ildən isə qeyri-üzvi və analitik kimya kafedrası müstəqil kafedra kimi fəaliyyət göstərmiş, həmin kafedraya rəhbərlik dos. (sonradan professor) Ə.Mambetova həvalə edilmişdir. 1971-ci ilədək kafedraya rəhbərlik etmiş A.A.Mambetov kafedranın inkişafına və təchizatına böyük əmək sərf etmişdir.

KİMYA KAFEDRASIKİMYA KAFEDRASIKİMYA KAFEDRASIKİMYA KAFEDRASI

1960-cı ildə kafedraya aspirantura vasitəsilə yüksək ixtisaslı mütəxəssislər hazırlamaq hüququ da verilmişdir.

1972-1975-ci illərdə kafedraya prof. Q.B.Xəlilov, 1975-ci ildən isə dos. S.T.Əliyev rəhbərlik etmişdir.

Kafedrada tədris-pedaqoji fəaliyyətlə yanaşı elmi tədqiqat işləri də aparılmışdır. Нələ 30-cu illərdə kafedra əməkdaşları B.A.Kamentsevin rəhbərliyi altnda arsen və bismutun kalorimetrik üsulla təyini sahəsində tədqiqatlar aparılmışdır. 1950-ci illərdən kafedranın elmi-tədqiqat işləri prof. A.A.Mambetovun rəhbərliyi ilə, əsasən nadir metalların kimyası probleminə həsr edilmişdir.

KİMYA KAFEDRASIKİMYA KAFEDRASIKİMYA KAFEDRASIKİMYA KAFEDRASI

Həmin tədqiqatların yekunu olaraq onun tələbələrindən S.T.Əliyev, F.Q.Abbasova, M.İ.Nəbiyev namizədlik dissertasiyaları müdafiə etmişlər. Adı çəkilən kafedrada üzvi kimya sahəsində də tədqiqat işləri aparılmışdır (H.Y.Hacıyev, F.I.Həsənov). Kafedranın müəllimləri tərəfindən çoxlu sayda müəlliflik şəhadətnamələri, patentlər almış və elmi məqalələr, dərsliklər, dərs vəsaitləri çap edilmişdir. Kafedra əməkdaşları öz tədqiqatlarının yekunlarını müxtəlif simpoziumlarda, konfranslarda nümayiş etdirmişlər.

1929-cu ildə D.İ.Mendeleyevin tələbəsi prof. İ.P.Kuznetsov tərəfındən müstəqil Biokimya kafedrası yaradılmış və sonralar rəhbərlik SSRİ EA-nın müxbir üzvü, prof. K.A.Krasusskiyə həvalə edilmişdir.

1932-ci ildən Üzvi və bioloji kimya kafedrasına akad. D.N.Zelinskinin tələbəsi, sonradan SSRİ EA-nın müxbir üzvü, AzEA-nın prezidenti, dünya şöhrətli alim Y.Q.MəmmədəIiyev rəhbərlik etmişdir. Sonralar 1938-ci ilədək kafedraya görkəmli alim, prof. Y.S.Musabəyov, 1937-1941-ci illərdə isə akad. A.A.Palladinin tələbəsi dos. K.M.Rəhimzadə rəhbər təyin edilmişlər.

1943-cü ildən birləşmiş Üzvi və bioloji kimya kafedrasına prof. H.I.Səfərov, 1955-ci ildən isə prof. M.R.Qulubəyov rəhbərlik etmişlər.

KİMYA KAFEDRASIKİMYA KAFEDRASIKİMYA KAFEDRASIKİMYA KAFEDRASI

Kafedranın yarandığı ilk günlərdən onun əməkdaşları tədris fəaliyyəti ilə yanaşı, elmi-tədqiqatla da fəal məşğul olmuşlar. Müharibə illərinin əvvəlində K.N.Rəhimzadə tərəfindən Azərbaycan dilində biokimya fənnindən ilk dərs vəsaiti yazılmışdır.

1940-1950-ci illərdə prof. H.İ.Səfərovun rəhbərliyi altında elmi kadrların yetişdirilməsi sahəsində böyük işlər görülmüşdür. Kafedrada prof. M.R.Qulubəyovun rəhbərliyi altında "Lanolinin törəmələri", "Kosmetik stearinlər"in alınması sahəsində tədqiqatlar aparılmışdır.

Prof. Q.B.Xəlilovun rəhbərliyi ilə kafedranın biokimyaçı alimləri tərəfindən kənd təsərrüfatının müxtəlif sahələrinə aid geniş tədqiqatlar aparılmış, onlar yekunlaşdırılaraq namizədlik və doktorluq dissertasiyaları müdafiə (N.M.Yusifov, Ə.Ə.Nəbiyev, M.M.Əliyev, R.N.Allahverdiyev, K.Ş.Daşdəmirov) edilmişdir.

Sonralar qeyri-üzvü və analitik kimya, bioloji kimya kafedraları birləşdirilmiş və 2008-ci ilədək ona prof. R.M.Mustafayev rəhbərlik etmişdir.

KİMYA KAFEDRASIKİMYA KAFEDRASIKİMYA KAFEDRASIKİMYA KAFEDRASI

Hazırda kafedraya dosent Məmmədova Ülviyyə Məhəmməd qızı rəhbərlik edir.

Hazırda kafedrada 1 nəfər elmlər doktoru, professor, 6 nəfər elmlər namizədi, dosent, 1 nəfər baş müəllim, 5 assistent fəaliyyət göstərir.

Son illərdə kafedra əməkdaşları tərəfindən hazırlanmış dərsliklər, dərs vəsaitləri və fənn proqramları aşağıdakı kimidir.

Kafedranın maddi - texniki bazası

Kafedranın müasir tələblərə cavab verən analitik kimya, qeyri-üzvi, təhlili, üzvi, fiziki, kolloid, bioloji, qida kimyası, ətraf mühitin kimyası laboratoriyaları fəaliyyət göstərir.

Fənlərin tədris üçün müasir tələblərə cavab verən proyektorlarla təchiz olunmuş 4 mühazirə otağı var.


KAFEDRA MÜDİRİ


Həsənova Ülviyyə Məhəmməd qızı
HAQQINDA MƏLUMAT (CV)


KAFEDRANIN HEYƏTİ


Mövsümov Elman Məhəmməd oğlu
Professor
HAQQINDA MƏLUMAT (CV)

Daşdəmirov Kamandar Şükür oğlu
Dosent
HAQQINDA MƏLUMAT (CV)

Məmmədov Vaqif Nəcəf oğlu
Dosent, ADAU-nun professoru
HAQQINDA MƏLUMAT (CV)

Əmirov Şahin Ağamir oğlu
Dosent
HAQQINDA MƏLUMAT (CV)

Abbasova Tamara Yuriy qızı
Dosent
HAQQINDA MƏLUMAT (CV)

Məmmədova Lalə Nizami qızı
Dosent (elmi adı olmayan)
HAQQINDA MƏLUMAT (CV)

Kərimova Tahirə Qədir qızı
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)

Həsənova Səadət Suliddin qızı
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)

Novruzova Həcər Xasay qızı
Baş müəllim
HAQQINDA MƏLUMAT (CV)

Rüstəmova Aysel Əlövsət qızı
Assistent
HAQQINDA MƏLUMAT (CV)

Əsgərova Aysel Habil qızı
Assistent
HAQQINDA MƏLUMAT (CV)

Quliyeva Nurlana Akif qızı
Assistent, a.e.f.d.
HAQQINDA MƏLUMAT (CV)

Əliyeva Şəbnəm Cəmaləddin qızı
Assistent
HAQQINDA MƏLUMAT (CV)

İsgəndər Simuzər Əjdər qızı
Assistent
HAQQINDA MƏLUMAT (CV)