Azərbaycan Dövlət Aqrar Universitetinin “Aqrotexnologiya fakültəsi”ndən başlanan tibbi aksiya 3 gün davam edəcək. “Aqrotexnologiya fakültəsi”nin 630 tələbəsi və 87 nəfər professor-müəllim heyəti 1№-li poliklinikanın həkim briqadası tərəfindən müayinə olunur. Aksiyada o cümlədən texniki işçilər də iştirak edir.
Yoxlamalar zamanı kollektiv laborator və lüroqrafik müayinələrdən keçirilir. Terapevt, allerqoloq, nevropatoloq, lor, oftalmoloq, kardioloq və digər sahələr üzrə ixtisaslı həkimlər tərəfindən müayinə olunurlar. 1№-li poliklinikanın baş həkimi Xalidə Sadıqovanın açıqlamasına görə, müayinələr daha sonra ADAU-nun “İqtisadiyyat fakültəsi”ndə həyata keçiriləcək. Fakültənin 1113 nəfər tələbəsi və 131 müəllimi aksiyaya cəlb ediləcək.
Xalidə Sadıqova bildirib ki, ölkə başçısının tapşırığına əsasən, fevral ayının 2-dən başlanılan tibbi mayinələr zamanı poliklinikanın əhatə sahəsinə aid olan 4 təşkilatda 2050 nəfər müayinə olunub. 86 nəfər xəstə aşkar edilib, 8 nəfər qismən ağırlaşmış xəstə Gəncə şəhər xəstəxanalarına, 2 nəfər isə Bakı şəhərində fəaliyyət göstərən xəstəxanalara göndəriş alıb. Təşkilatlarda yoxlamalar nəticəsində 1 nəfərdə vərəm xəstəliyi aşkar edilib.