Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Tələbə Gənclər Təşkilatının nəzdində fəaliyyət göstərən “CreArt” və “CreArtly” klublarının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilmiş vətənpərvərlik mövzusunda fakültələrarası rəsm müsabiqəsi təşkil olunub.
Tədbirdə universitetin tərbiyə işləri üzrə prorektoru Aidə Qasımova iştirak edərək tələbələrin yaradıcılıq işləri ilə yaxından tanış olub, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.
Müsabiqənin əsas məqsədi tələbələrdə vətənpərvərlik ruhunun gücləndirilməsi, milli dəyərlərimizin incəsənət vasitəsilə ifadəsi və gənclərin yaradıcılıq potensialının inkişafına dəstək göstərilməsi olub.
Tədbirin sonunda müsabiqədə iştirak edən bütün tələbələr təşəkkürnamə ilə təltif olunub, I, II və III yerlərin qaliblərinə isə fəxri fərmanlar təqdim edilib.