Qida mühəndisliyi üzrə yeni yanaşmalar müzakirə olunub

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Türkiyə-Azərbaycan Universitetinin (TAU) təşəbbüsü ilə Milli Qida Texnologiyaları Platformasına həsr olunan görüş təşkil edilib.

Universitetin tədris işləri üzrə prorektoru Əhməd Məlikov bildirib ki, ölkədə qida mühəndisliyi üzrə ixtisaslaşmanın genişləndirilməsi, həmçinin təcrübə yönümlü dərslərin tədris prosesində rolunun artırılması xüsusi əhəmiyyət daşıyır.

Görüşdə Vural Gökmen Hacettepe Universitetinin qida mühəndisliyi sahəsində professoru kimi çıxış edərək Milli Qida Texnologiyaları Platforması haqqında geniş məlumat verib. O, ADAU-nun da bu platformaya üzv olmasının əhəmiyyətini xüsusi vurğulayıb.

TAU-nun Qida Mühəndisliyi proqramının rəhbəri Ümran Uyqun Prof. Dr. Ümran Uyqun isə Azərbaycan ali təhsil müəssisələrində “Qida mühəndisliyi” ixtisası üzrə təhsil proqramlarının və tədris planlarının təkmilləşdirilməsi, eləcə də bu istiqamətdə gələcəkdə həyata keçiriləcək tədbirlər barədə fikirlərini bölüşüb.


Görüş zamanı qida mühəndisliyi sahəsində mövcud vəziyyət qiymətləndirilib, qarşılıqlı təcrübə mübadiləsi aparılıb və gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.


Qida mühəndisliyi üzrə yeni yanaşmalar müzakirə olunubQida mühəndisliyi üzrə yeni yanaşmalar müzakirə olunubQida mühəndisliyi üzrə yeni yanaşmalar müzakirə olunubQida mühəndisliyi üzrə yeni yanaşmalar müzakirə olunub
Qida mühəndisliyi üzrə yeni yanaşmalar müzakirə olunub