Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 28 May – Müstəqillik Gününə həsr olunan yaradıcılıq sərgisi təşkil edilib.
Universitet rəhbərliyinin, professor-müəllim heyətinin və tələbələrin iştirakı ilə Aqrotexnologiya fakültəsinin foyesində təşkil olunan sərgidə “Dizayn” ixtisası tələbələri tərəfindən hazırlanan rəsm əsərlərinə və müxtəlif əl işlərinə baxış keçirilib.
Sərgi ilə tanış olan universitetin rektoru Zəfər Qurbanov tələbələrin yaradıcılıq potensialını yüksək qiymətləndirərək, bu cür tədbirlərin gənclərin estetik düşüncəsinin və peşə bacarıqlarının inkişafında mühüm rol oynadığını bildirib.