CİS üzrə təlimlərdə iştirak edən tələbələr mükafatlandırılıb

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Aqrotexnologiya fakültəsində Yerquruluşu ixtisasının tələbələri üçün coğrafi informasiya sistemləri (CİS) üzrə təlimlər yekunlaşıb.

Təlimlərdə iştirak edən tələbələrlə görüşən ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov bu cür təlimlərin keçirilməsinin vacibliyini vurğulayaraq, təşkilatçılara təşəkkür edib. Həmçinin, təlimçilər DAİM Göygöl rayon şöbəsinin mütəxəssisi Mehman Mehdiyev, Geodeziya ve Kartoqrafiya MMC-nin fotoqrammetriya üzrə mütəxəssisi Samir Həsənov, Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşı Zöhrab İsmayılova minnətdarlığını bildirib.

Sonda təlimlərdə iştirak edən tələbələr sertifikatlarla təltif olunublar.

Qeyd edək ki, təyin edilmiş qrafik üzrə təlimçilər hazırlanmış proqram əsasında tələbələrə istehsalatda aparılan yerquruluşu, geodeziya işləri, müasir CİS proqramları, geodeziya alət və avadanlıqlarının iş prinsiplərini, əlavə təcrübə və biliklərini çatdırıblar.

CİS üzrə təlimlərdə iştirak edən tələbələr mükafatlandırılıbCİS üzrə təlimlərdə iştirak edən tələbələr mükafatlandırılıbCİS üzrə təlimlərdə iştirak edən tələbələr mükafatlandırılıbCİS üzrə təlimlərdə iştirak edən tələbələr mükafatlandırılıbCİS üzrə təlimlərdə iştirak edən tələbələr mükafatlandırılıbCİS üzrə təlimlərdə iştirak edən tələbələr mükafatlandırılıbCİS üzrə təlimlərdə iştirak edən tələbələr mükafatlandırılıbCİS üzrə təlimlərdə iştirak edən tələbələr mükafatlandırılıbCİS üzrə təlimlərdə iştirak edən tələbələr mükafatlandırılıb