Azərbaycan Dövlət Aqrar Universistetində TEC-in ənənəvi illik konfransı keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Tələbə Elmi Cəmiyyətinin (TEC) ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan ənənəvi illik konfransı baş tutub.

Giriş sözü ilə çıxış edən Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov bildirib ki, ümummilli lider Heydər Əliyev Azərbaycanın müasir elm və təhsil konsepsiyasının banisidir. Heydər Əliyev tərəfindən əsası qoyulan bu möhtəşəm və uğurlu siyasət indi də Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının Azərbaycanın müasirləşdirilməsi siyasətinin tərkib hissəsi olaraq təhsil sahəsində ciddi islahatlar həyata keçirilir.

Həmçinin, İ.Cəfərov tələbələrin tədrislə bərabər universitetin ictimai fəaliyyətlərində yaxından iştirak etmələrinin vacibliyini vurğulayıb. Rektor bildirib ki, belə fəaliyyətlər içərisində TEC dərnəkləri mühüm rola malikdir.

Konfransda universitetin bütün fakültələrindən tələbələr müxtəlif mövzularda təqdimatlar ediblər.

ADAU-da ikili diplom proqramı çərçivəsində fəaliyyət göstərən EGE Universitetinin bir qrup professor-müəllim heyətindən konfransda iştirak edən müəllimlər tədbir haqqında öz müsbət fikirlərini səsləndiriblər.

Sonda çıxış edən tələbələrə hədiyyələr təqdim olunub.

Azərbaycan Dövlət Aqrar Universistetində TEC-in ənənəvi illik konfransı keçirilibAzərbaycan Dövlət Aqrar Universistetində TEC-in ənənəvi illik konfransı keçirilibAzərbaycan Dövlət Aqrar Universistetində TEC-in ənənəvi illik konfransı keçirilibAzərbaycan Dövlət Aqrar Universistetində TEC-in ənənəvi illik konfransı keçirilibAzərbaycan Dövlət Aqrar Universistetində TEC-in ənənəvi illik konfransı keçirilibAzərbaycan Dövlət Aqrar Universistetində TEC-in ənənəvi illik konfransı keçirilibAzərbaycan Dövlət Aqrar Universistetində TEC-in ənənəvi illik konfransı keçirilibAzərbaycan Dövlət Aqrar Universistetində TEC-in ənənəvi illik konfransı keçirilibAzərbaycan Dövlət Aqrar Universistetində TEC-in ənənəvi illik konfransı keçirilibAzərbaycan Dövlət Aqrar Universistetində TEC-in ənənəvi illik konfransı keçirilibAzərbaycan Dövlət Aqrar Universistetində TEC-in ənənəvi illik konfransı keçirilibAzərbaycan Dövlət Aqrar Universistetində TEC-in ənənəvi illik konfransı keçirilibAzərbaycan Dövlət Aqrar Universistetində TEC-in ənənəvi illik konfransı keçirilibAzərbaycan Dövlət Aqrar Universistetində TEC-in ənənəvi illik konfransı keçirilibAzərbaycan Dövlət Aqrar Universistetində TEC-in ənənəvi illik konfransı keçirilibAzərbaycan Dövlət Aqrar Universistetində TEC-in ənənəvi illik konfransı keçirilibAzərbaycan Dövlət Aqrar Universistetində TEC-in ənənəvi illik konfransı keçirilibAzərbaycan Dövlət Aqrar Universistetində TEC-in ənənəvi illik konfransı keçirilib