Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Aqrotexnologiya fakültəsinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunan Tələbə Elmi Cəmiyyətinin (TEC) yekun tədbiri keçirilib.
Tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü və müstəqilliyi uğrunda həlak olmuş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən fakültə dekanı, dosent Əfqan Hüseynov tədbirin əhəmiyyətindən danışıb. O bildirib ki, tələbələrin elmi-nəzəri biliklərini inkişaf etdirməsində bu cür tədbirlərin müstəsna rolu var. Universitetin fakültə üzrə TEC sədri Aysel Əsgərova da çıxış edərək tələbələrə işlərində uğurlar arzu edib.
Ümumilikdə tələbələr aktual mövzular üzrə tezislər hazırlayıb və tədbirdə çıxışlar ediblər. Fakültənin professor-müəllim heyəti tərəfindən tələbələrin təhsil səviyyəsinin artırılması, elmi-tədqiqat işlərinin gücləndirilməsi ilə bağlı təkliflər də irəli sürülüb.
Sonda çıxış edən tələbələr və kafedralar sertifikat və təşəkkürnamələrə layiq görülüblər.