“Aqrar Gənclik Kuboku” futbol turnirinin qalibləri müəyyənləşib

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Tələbə Gənclər Təşkilatının (TGT) nəzdində fəaliyyət göstərən idman klubunun təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr edilən fakültələr arası “Aqrar Gənclik Kuboku” futbol turniri başa çatıb.

Universitetin fakültələri arasında keçirilən turnirin əsas məqsədi tələbələr arasında sağlam həyat tərzinin təşviqi, idmana marağın artırılması, komanda ruhunun gücləndirilməsi və gənclərin asudə vaxtının səmərəli təşkili olub.

Turnirin nəticələrinə əsasən Torpaqşünaslıq və aqrokimya fakültəsinin komandası I yerə layiq görülüb. Aqrotexnologiya fakültəsinin komandası II, Mühəndislik fakültəsinin komandası isə III yeri tutub.

Qalib komandalar təşkilatçılar tərəfindən kubok, diplom və medallarla təltif olunublar.


“Aqrar Gənclik Kuboku” futbol turnirinin qalibləri müəyyənləşib“Aqrar Gənclik Kuboku” futbol turnirinin qalibləri müəyyənləşib“Aqrar Gənclik Kuboku” futbol turnirinin qalibləri müəyyənləşib“Aqrar Gənclik Kuboku” futbol turnirinin qalibləri müəyyənləşib
“Aqrar Gənclik Kuboku” futbol turnirinin qalibləri müəyyənləşib