Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Aqrotexnologiya fakültəsində “Yerquruluşu və daşınmaz əmlakın kadastrı” ixtisası üzrə təhsil alan tələbələr üçün geodeziya ölçmələri və topoqrafik planlama işlərinin yerinə yetirilməsi zamanı dron, Baza Rover GPS və onlardan istifadə qaydaları mövzusunda ustad dərsi keçirilib.
Geoland Mapping Services şirkətinin direktoru Ozal Orucov və North West Construction şirkətinin baş topoqrafı Rüstəm Adıgözəlov II, III və VI kurs tələbələrinə istehsalatda tətbiq edilən müasir yerquruluşu alət və avadanlıqları ilə bağlı praktiki bacarıqlarını nümayiş etdiriblər.
Dərsin məqsədi geodeziya ölçmələri, fotoqrammetriya, ortofoto planlarının, relyef modelləri, 3D modelin və s. geodeziya işlərinin müasir geodeziya alət və avadanlıqları ilə aparılması və öyrədilməsi olub.
Təlim prosesində mütəxəssislər istehsalatda tətbiq edilən müasir alət və avadanlıqları təlim prosesinə cəlb edərək, onlarla işləmə qaydası geodeziya məlumatların götürülməsi və emal edilməsi mərhələləri üzrə ətraflı məlumat veriblər.