Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə ATS Food MMC-yə məxsus Şəmkir “Çörəkçi” zavodu arasında təhsil-istehsalat inteqrasiyasını gücləndirən yeni layihəyə start verilib.
Layihə çərçivəsində “Energetika mühəndisliyi”, “Qida mühəndisliyi” və “Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi” ixtisasları üzrə təhsil alan, müsahibə mərhələsini uğurla keçmiş 13 tələbə altı ay müddətində istehsalat prosesində iştirak edəcək. Proqram tələbələrin nəzəri biliklərini real iş mühitində tətbiq etməsinə, müasir texnoloji xətlərdə, laboratoriyalarda və texniki sahələrdə praktik bacarıqlar qazanmasına şərait yaradır.
Tələbələr həftədə bir dəfə müəssisədə peşəkar mütəxəssislərin mentorluğu ilə təşkil olunan praktik məşğələlərdə iştirak edərək beynəlxalq standartlar (ISO, HACCP), enerji səmərəliliyi və iş təhlükəsizliyi sahəsində real istehsalat təcrübəsi əldə edəcəklər.
Layihənin əsas məqsədi əmək bazarının tələblərinə cavab verən, müasir sənaye mühitinə uyğun, peşəkar və rəqabətqabiliyyətli kadrların hazırlanmasıdır. Tərəflər gələcəkdə əməkdaşlığın miqyasını daha da genişləndirməyi planlaşdırır.