ADAU tələbələri üçün növbəti seminar keçiriləcək

Azərbaycan Dövlət Aqrar Universiteti və Türkiyənin Ege Universiteti arasında 09.08.2021-ci il tarixində imzalanmış protokola əsasən beynəlxalq ikili diplom proqramı çərçivəsində ADAU-ya dəvət olunmuş Ege Universitetinin professor-müəllim heyəti tərəfindən Təhsilin Keyfiyyətini Təkmilləşdirmə fəaliyyəti üzrə universitetin fakültələrində seminarların keçirilməsinə başlanıb.

Bu proqram çərçivəsində növbəti seminar 9 dekabr 2021-ci il tarixində saat 11:30-da ADAU-nun yeni tədris binasında 431-ci otaqda Prof. Dr. Fazilet Alayuntun tərəfindən “Tarım makinaları ve teknolojileri mühendisliği bölümünde yapılan bazı araştırmalardan örnekler” mövzusunda təşkil olunacaqdır.

ADAU tələbələri üçün növbəti seminar keçiriləcək