ADAU müsabiqə elan edir

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) zoomühəndislik, balıqçılıq və əczaçılıq sahələri üzrə müəllim vəzifəsini tutmaq üçün müsabiqə elan edir

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) 2020/2021-ci tədris ilində bakalavriat səviyyəsində zoomühəndislik, balıqçılıq və əczaçılıq sahələri üzrə ingilis dilində tədris aparmaq üçün aşağıdakı tələblərə cavab verən namizədləri işə dəvət edir:
ƏSAS TƏLƏBLƏR:

Vakansiya üzrə ən azı magistr dərəcəsi;
Akademik səviyyədə ingilis dili biliyi;
Ünsiyyətçilik, operativlik, tələbələrlə işləmək bacarığı;
Kompyuter bilikləri (Microsoft Office).
AYLIQ VƏZİFƏ MAAŞI:

Elmi dərəcəsi olanlar-1500 manat
Baş müəllim-1200 manat
Assistent-800 manat
Göstərilən tələblərə cavab verən namizədlər tərcümeyi hallarını (CV-lərini) mövzu yerinə “Müəllim vəzifəsi” yazmaqla office@adau.edu.az və gad@adau.edu.az elektron ünvanlarına göndərə bilərlər.
Müraciət üçün son tarix: 15 sentyabr 2020
ÜNVAN: 450, Atatürk prospekti, Gəncə şəhəri, Azərbaycan
Tel:+994222665733
Mob:+994556565624
www.adau.edu.az